Yaponiyada zəlzələ

17 İyun 2019 11:00 (UTC+04:00)
Yaponiyanın Xonsyu adasında 5,2 bal gücündə zəlzələ olub. SİA-nın məlumatına görə, zəlzələnin episentri İbraki prefekturasında, ocağı isə 80 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların maksimum gücünü İbraki prefekturası sakinləri hiss edib. Sunami təhlükəsi yoxdur. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.