Quzanlıda zəncirvari qəza baş verib

16 İyun 2019 21:23 (UTC+04:00)

Ağdam rayonunun Quzanlı qəsəbəsində zəncirvari qəza baş verib.

SİA xəbər verir ki, “VAZ 2106" markalı avtomobil işıqforun qırmızı işığında yüksək sürətlə keçərkən “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Mercedes” markalı avtomobil hərəkətdə olan “VAZ 2107"-yə çırpılıb. Qəza zamanı “Mercedes” markalı avtomobilin sərnişini - 1968 təvəllüdlü Ağdam rayon Üçoğlan kənd sakini Allahverdiyeva Afər Üzeyir qızı xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb..

Faktla bağlı araşdırma aparılır.