Ukrayna prezidentindən qeyri-adi hərəkət VİDEO

16 İyun 2019 12:12 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski avtomobilinin olduğu yerə daha tez çatmaq üçün fəvvarələrin arasından qaçaraq keçib. SİA-nın verdiyi məlumata görə, kadrlar YouTube kanalında yerləşdirilib. V.Zelenski bunu Mariupolda səfərdə olan zaman edib. Prezidentin bu hərəkəti ətrafdakı insanların təəccübünə səbəb olub. Onunla birgə fəvvarələrin arası ilə cangüdənləri də qaçmaq məcburiyyətində qalıb.