Masallı ərazisində zəlzələ qeydə alınıb

16 İyun 2019 11:02 (UTC+04:00)

Bu gün yerli vaxtla saat 09:23-də Lənkəran stansiyasından 22 kilometr şimal-qərbdə Masallı ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildirilib ki, zəlzələ 17 kilometr dərinlikdə baş verib. Maqnitudası 3,2 olan zəlzələ hiss edilməyib.