Hindistanda 29 nəfər anomal istilərin qurbanı olub

16 İyun 2019 10:29 (UTC+04:00)

Hindistanda azı 29 nəfər anomal istilərin qurbanı olub. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb. Bildirilir ki, ölənlərin əksəriyyəti Auranqabad dairəsinin payına düşür – burda 25 nəfər istilərin qurbanı olub. Digər 4 nəfər Navada və Qayyada ölüb. Agentlik bildirib ki, 30-dan çox insan xəstəxanaya yerləşdirilib. Biharda son həftələrdə temperatur 40 dərəcədən aşağı düşmür.

Nyu-Dehlidə iyunun 10-da 50 dərəcədən yüksək temperatur qeydə alınıb. Bu, ölkə paytaxtı tarixində ən yüksək temperatur göstəricisidir.