Daxili İşlər Nazirliyi Gəncədə törədilən qətllə bağlı məlumat açıqlayıb

8 Fevral 2011 23:41 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Gəncə şəhərində törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, fevralın 7-də saat 20.20 radələrində Gəncə şəhər sakini Siddiqə Əliyevanın yaşadığı həyətdə boğulma yolu ilə qətlə yetirilmiş meyiti tapılıb. Hadisədən sonra mərhumun evindən 1 ədəd qızıl üzük, 2 ədəd qızıl sırğa, 1 ədəd qızıl boyunbağı və geyim əşyaları oğurlanıb.

Faktla bağlı Nizami (Gəncə) rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, qətlə yetirilən 81 yaşlı Siddiqə Əliyeva Azərbaycan Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəis müavini Mahir Əhmədovun anasıdır.