“Zirə”nin keçmiş oyunçusu “Səbail”də

16 İyun 2019 00:19 (UTC+04:00)

Yay fasiləsində heyətini gücləndirən klublardan biri də “Səbail”dir.

SİA klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi yarımmüdafiəçi Dilan Duventrunu heyətinə qatıb.

Fransalı yarımmüdafiəçi ilə müqavilənin müddəti haqqında məlumat verilməyib.

Qeyd edək ki, 30 yaşlı Duventru ötən mövsüm "Zirə"də oynayıb.