Çində daşqınlar 19 nəfəri öldürdü

15 İyun 2019 12:19 (UTC+04:00)

Çinin cənubundakı Quandun əyalətində daşqınlar 19 nəfərin həyatına son qoyub. SİA-nın verdiyi məlumata görə, bölgədə bir neçə gündür ki, güclü yağışlar davam edir. Daha 3 nəfər itkin düşmüş hesab olunur.

Daşqınlar ümumilikdə 357 mindən çox sakinə ziyan vurub. 50 min hektara yaxın əkin sahəsi məhv edilib.