26 yaşlı oğlan sudurğadan dünyasını dəyişib

15 İyun 2019 05:38 (UTC+04:00)

Paytaxtın Suraxanı rayonunda 1993-cü il təvəllüdlü Cəlalov Hüseyn Həsən oğlu evdə sudurğa keçirib.

SİA xəbər verir ki, o, yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Dərhal ilkin tibbi yardım göstərilib. Lakin həkimlərinin səylərinə baxmayaraq, H.Cəlalov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.