"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Real"ın oyunçusu Xames Rodriqesi Turin klubunda görmək istəyir. "AS" nəşrinin yaydığı xəbərə görə, bu barədə "Bavariya"nın sabiq futbolçusu Lothar Mattheus məlumat verib: "Xamesin gələcəyini "Yuventus"da görürəm. O, Kriştiano ilə yaxın dostdur. Xames mənə Ronaldonun onu komandasında görmək istədiyini söylədi. Onların yenidən yaxşı ikili olacağını düşünürəm".