İvan Rakitiç "Barselona"dan ayrılacaq

14 İyun 2019 11:15 (UTC+04:00)

"Barselona"nın baş məşqçisi Ernesto Valverde İvan Rakitiçlə bağlı qərarını verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssis klubun idman direktoru Xose Sequroyla görüşüb və xorvat yarımmüdafiəçinin satılmasına razı olduğubu bildirib.

Qeyd edək ki, Rakitiçin "Mançester Yunayted" və "İnter"in maraq dairəsində olduğu bildirilir.