Sabunçuda silahlı insident olub

14 İyun 2019 04:23 (UTC+04:00)

Bakının Sabunçu rayonunda silahlı insident olub.

SİA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, avtomobil yolunda törədilib.

İlkin məlumata görə, İlkin adlı şəxs 1972-ci il təvəllüdlü Hamiz Məmmədovu güllələyib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək H.Məmmədova ağır xəsarətlər yetirib. Vəziyyəti kritik olan H.Məmmədov hazırda xəstəxanadadır və üzərində cərrahi əməliyyat aparılır. Onun aşağı ətraflarından və qarın nahiyəsindən çoxsaylı yaralar aldığı deyilir. Ehtimal olunur ki, silahlı şəxs ona lüləsi kəsilmiş ov silahından ("Obrez") atəş açıb.