“Real” ən bahalı transferi Eden Hazardı ictimaiyyətə təqdim edib.
SİA xəbər verir ki, azarkeşlərlə görüş “Santyaqo Bernabeu” stadionunda keçirilib.
Keçidlə bağlı fikirlərini bildirən belçikalı yarımmüdafiəçi həmişə “Real”da oynamaq arzuzunda olduğunu və bu arzusuna çatdığına görə xoşbəxt olduğunu deyib: “Səbrsizliklə “Real”ın formasını geyinəcəyim və komandanın şərəfini qoruyacağım günü gözləyirdim. Uşaqlıqdan “Real”da oynamağı arzulamışam”.
Qeyd edək ki, “Real” Eden Hazardla 2024-cü ilə kimi müqavilə imzalayıb. O, dəyəri 100 milyon avro olmaqla klub tarixinin ən bahalı oyunçusudur. Buna qədər isə klubun ən bahalı transferi 96 milyon avro qiymətlə Kriştianu Ronaldo idi.
Geyəcəyi forma ilə bağlı suala Eden Hazard, “Modriçdən 10 nömrəli formanı istədim, lakin mənfi cavab aldım” – deyə cavab verib.
Belçikalının böyük ehtimalla 7 nömrəli formanı geyinəcəyi bildirilir.