Binəqədidə kişi meyiti aşkarlanıb

14 İyun 2019 01:03 (UTC+04:00)

Bakıda mənzildə 58 yaşlı kişinin meyiti aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Vəliyev Rəcəb İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.