Andrea Stramaççioni İran klubunda

13 İyun 2019 23:41 (UTC+04:00)

İtaliyalı məşqçi Andrea Stramaççioninin yeni iş yeri məlum olub. 43 yaşlı mütəxəssis “İstiqlal” klubunu çalışdıracaq. Bu barədə İran təmsilçisinin rəsmi saytı məlumat yayıb. Stramaççioni ilə 2 illik müqavilə imzalanıb. O, “İstiqlal”da illik 1,6 milyon avro qazanacaq.

Qeyd edək ki, məşqçi karyerası ərzində “Roma”, “İnter” kimi komandaları çalışdıran Stramaççioninin son iş yeri Çexiyanın “Sparta” klubu olub.