Mustafa Dənizli "Traktor Sazi"nin baş məşqçisi oldu

13 İyun 2019 20:34 (UTC+04:00)

Təbrizin "Traktor Sazi" klubunun yeni baş məşqçisi müəyyənləşib. Klubun saytında yer alan məlumata görə, komanda Mustafa Dənizliyə tapşırılıb. Onunla 5 illik müqavilə imzalanıb. 70 yaşlı mütəxəssis daha əvvəl də İranda çalışıb. O, 2004-2006-cı illərdə PAS, 2006-2007 və 2011-2012-ci illərdə isə “Perspolis”də məşqçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, son iş yeri “Kasımpaşa” olan Mustafa Dənizli 2013-2014-cü illərdə “Xəzər Lənkəran”ı çalışdırıb.