Pakistanın cənub-şərqində yerləşən Lahor şəhərində yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mochi Gate adlanan ərazidə onikimərtəbəli ticarət mərkəzinin anbarında başlayan yanğın sürətlə yayılaraq yaxınlıqda yerləşən azı 11 binanın alovlanmasına səbəb olub. Yanğının başladığı binanın tamamilə, digər binaların isə qismən yandığı bildirilir.
İlkin məlumata əsasən, nəticədə 25 nəfər xəsarət alıb. Yanğının başvermə səbəbi barədə məlumat verilmir. Hadisə yerinə xeyli sayda yanğınsöndürən və texnika cəlb edilib. Hazırda yanğınla mübarizə davam edir.