Sevinc Seyidova: “Məkrli qüvvələr “5-ci kolon”dan istifadə edirlər” RƏY-ÖZƏL

13 İyun 2019 17:09 (UTC+04:00)

“Hər bir vətəndaş dövlət atributlarına sevgi və hörmətlə yanaşmalıdır”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, çünki müstəqilliyimizin, dövlətçiliyimizin rəmzi sayılan bu atributlar minlərlə şəhidlərimizin qanı-canı bahasına əldə edilib: “Təəssüf ki, müxalifət təmsilçiləri Azərbaycan atributlarını təqrir edir, xalqın milli hissiyyatı ilə oynayırlar. Azərbaycanın müstəqilliyini, güclü dövlət olmasını istəməyən xarici qüvvələr cəmiyyətimizdə parçalanma, qarşıdurma yaratmaq üçün bu cür həssas məqamlardan yararlanmağa çalışırlar. Xüsusilə də erməni lobbisi Azərbaycan atributlarını təhqir edən, xalqımızın milli hisslərini qıcıqlandırmaq üçün sosial şəbəkələrin yaratdığı imkanlardan da istifadə edərək öz mənfur planlarını həyata keçirməyə cəhd göstərirlər. Onların bu planlarının rellaşması üçün daxilimizdəki "5-ci kolon"dan da istifadə edilir. Bu cür "azərbaycanlılar" üçün vətən, dövlət, xalq sevgisi ikinci plandadır. Onlar üçün başlıca meyar şəxsi mənafelərdir. Lakin bu gün Azərbaycan cəmiyyəti birdir, bütövdür. Bu cür cılız oyunlarda cəmiyyətimiz daxilində parçalanmalara nail olmaq, qarşıdurma yaratmaq mümkün deyil. Azərbaycan xalqı öz liderinə inanır və onu dəstəkləyir”.

GÜLYANƏ