Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

8 Fevral 2011 19:09 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələri bir istiqamətdə atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən bölmələri fevralın 7-də saat 15.00-dan 15.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.