Dünya çempionu toyunda gəlinlə “yumruqlaşdı” VİDEO

13 İyun 2019 17:25 (UTC+04:00)

Kikboksinq üzrə dünya çempionu Eldar Əlizadənin Türkiyənin Kastamonu şəhərində toyu olub. SİA-nın məlumaına görə, idmançı Fatma adlı türk xanımla ailə həyatı qurub.

Eldar xoş günündən olan görüntüləri sosial şəbəkədə paylaşıb. Videoda idmançının həyat yoldaşı ilə “yumruqlaşdığı” kadrlar yer alıb.

Qeyd edək ki, Eldar Əlizadə eyni zamanda Avropa çempionudur. O, Türkiyəli milli komandasının məşqçisidir.