Tunisin devrilən prezidenti Zeynəl Abidin Bin Alinin partiyasının fəaliyyəti qadağan edilib.
SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyi Demokratik Konstitusion Partiyanın fəaliyyətinin dayandırıldığını, partiyanın bürolarının da bağlanacağını açıqlayıb. Ölkədəki gərginlik isə davam edir.
Həftə sonunda olayların ilk başladığı Sidi Buzidlə yanaşı ölkənin mərkəzi hissəsindəki Kebilli və şimal-qərbdəki Kef şəhərlərində nümayişlər keçirilib.
Kebillidəki dünənki nümayişlərdə bir nəfər ölüb. Kefdə isə təhlükəsizlik qüvvələrinin nümayişçilərə açdığı atəş nəticəsində ölənlərin sayı 4-ə çatıb.