Misrin yeni nazirlər kabineti hökuməti qulluqçularının maaşını 15 faiz artırılması barədə qərar çıxarıb.
SİA-nın xəbərinə görə, bu, prezident Hüsnü Mübarəkin hakimiyyətdən getməsinə çağıran nümayişçilərin qəzəbini sakitləşdirmək üçün hökumətin atdığı növbəti addımdır. Nazirlər kabineti bu addımı atmaq haqda qərarı iki həftədir başlayan nümayişlərdən sonra birinci iclasında verib.