"Mançester Yunayted"in növbəti transferi

13 İyun 2019 00:32 (UTC+04:00)

"Mançester Yunayted" "Suonsi"nin futbolçusu Daniel Ceymsin transferini yekunlaşdırıb. Klubun saytında yer alan xəbərə görə, 21 yaşlı yarımmüdafiəçi 5+1 illik müqavilə imzalanıb. Britaniya mətbuatı bu transfer üçün Mançester təmsilçisinin 15 milyon avro ödəyəcəyini yazıb. Qeyd edək ki, Ceyms ötən mövsüm 38 matçda 5 qol vurub, 10 qolun ötürməsini verib.