Əməkdar İncəsənət Xadiminə "Qızıl medal" - Təltif

12 İyun 2019 10:27 (UTC+04:00)

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb. SİA-nın məlumatına görə, Çingiz Fərzəliyevə mükafatı Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti Viktor Kalinin təqdim edib.

Qeyd edək ki, Çingiz Fərzəliyev V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunda hazırda Rusiyanın ən tanınmış rəssamları ilə birlikdə təhsil alıb, SSRİ dövründə bir çox mötəbər ümumittifaq rəsm sərgilərinin mükafatçısı olub.