"Heydər Əliyev batmaqda olan Azərbaycana yenidən can verdi" - Özəl

12 İyun 2019 10:20 (UTC+04:00)

"Özümü çox şanslı hesab edirəm ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə dəfələrlə görüşmüşəm. Bildiyiniz kimi, Ulu Öndər hər zaman mədəniyyət xadimlərinə çox böyük diqqət göstərirdi. Bir neçə dəfə Ulu Öndərlə görüşlərimiz olub. Hətta bir dəfə səfərdə də bir yerdə olmuşuq". SİA-nın məlumatına görə, bu sözləri özəl açqlamasında Xalq artisti, muğam ustası Mənsum İbrahimov deyib.

Sənətkar əlavə edib ki, Prezident mükafatı mənə Ulu Öndər tərəfindən verilib: "Dəfələrlə ölkə Prezidenti İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə görüşmüşük. Fərəhli görüşlərdən biri o, oldu ki, 50 yaşımda cənab Prezident məni “Şöhrət” ordeni ilə təltif edib. Ümumiyyətlə, Ulu Öndərlə keçirilən bütün görüşlər yaddaşımda xoş bir xatirə kimi qalıb. Heydər Əliyevin Azərbaycana qayıdışı bütün xalqımızın xilası oldu. O, batmaqda olan Azərbaycana yenidən can verdi".