Bu gün ərizə qəbulu üçün son gündür DİM

12 İyun 2019 09:45 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib.

DİM-dən SİA-ya verilən məlumata görə, yay qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu başa çatır.

Bu gün saat 23.59-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi aktiv olacaq:

Qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyənlər müsabiqəyə buraxılmırlar.

Dövlət dili kimi “Azərbaycan dili” fənni üzrə keçirilən imtahandan “qeyri-məqbul” qiymət alanlar müsabiqəyə buraxılmırlar.