Ramil Şeydayev: “Pis oynadığımız üçün uduzduq”

12 İyun 2019 03:39 (UTC+04:00)

"Pis oynadığımız üçün uduzduq. Bir neçə yaxşı hücum qura bilsək də bu, xal qazanmaq üçün bizə kifayət etmədi".

SİA xəbər verir ki, bu sözləri millimizin hücumçusu Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Zəif çıxış etdiklərini söyləyən futbolçu çox işləməli olduqlarını bildirib: "Gərək çox işləyək, çox məşq edək. O zaman hər şey yaxşı olacaq".

Bugünkü oyunda yeganə qolumuzu vuran hücumçu paltardəyişmə otağından gec çıxmalarının səbəbini də açıqlayıb: "Paltardəyişmə otağında heç nə baş verməmişdi. Sadəcə, baş məşqçi bizimlə danışırdı. İçəridə AFFA rəhbərliyindən kimsə yox idi".