Nəsimi rayonunda bıçaqlanma olub

12 İyun 2019 04:05 (UTC+04:00)

Bakının Nəsimi rayonu Zabitlər bağının yaxınlığında bıçaqlanma hadisəsi olub. "Report" xəbər verir ki, 1981-ci il təvəllüdlü Yaradanquliyev Ayxan Mahmud oğlu naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələri alıb.

Yaralı 1 saylı Kliniki tibbi Mərkəzə gətirilib. Ona qarın boşluğunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.