“Çelsi”nin sabiq baş məşqçisi Rafael Benites yenidən London klubuna qayıda bilər. “AS” nəşrinin yazdığına görə, klub rəhbərliyi Beniteslə razılıq əldə etdikdən sonra Mauritsio Sarrini “Yuventus”a buraxacaq. Qarşıdakı 48 saat ərzində “Çelsi”nin baş məşqçi ilə bağlı qərar verəcəyi bildirilib.