"Real" yeni transferlərini ictimaiyyətə eyni gündə təqdim etməyəcək

11 İyun 2019 22:41 (UTC+04:00)

"Real" yeni transferlər - Luka Yoviç və Eden Hazardı ictimaiyyətə eyni gündə təqdim etməyəcək.
Klubun rəsmi saytında yer alan məlumata görə, əvvəlcə - iyunun 12-də "Ayntraxt"dan alınan serbiyalı hücumçunun təqdimat mərasimi olacaq. Bir gün sonra isə "Çelsi"dən transfer olunan belçikalı yarımmüdafiəçi ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, hər iki təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.