"Mançester Yunayted" Pol Poqbanı satmaqdan imtina edib

11 İyun 2019 12:03 (UTC+04:00)

"Mançester Yunayted" futbolçusu Pol Poqbaya görə "Real"la danışıqlar aparmaqdan imtina edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan fransalı yarımmüdafiəçinin komandaya transferini rəhbərlikdən istəyib. Ancaq Mançester təmsilçisi Poqbanın satılmadığını "Real"a bildirib.

eyd olunub ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşerin yeni mövsüm üçünəsas 26 yaşlı oyunçua güvənir.

Xatırladaq ki, Poqba ötən mövsüm 47 matçda 16 qol vurub, 11 qolun ötürməsini verib.