“Neftçi” yetirməsi Ruslan Abışovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. SİA-nın məlumatına görə, “Neftçi”nin rəhbərliyi 31 yaşlı müdafiəçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, R.Abışov 2006-2012-ci, 2016-2019-cu illərdə “Neftçi”nin heyətində 148 oyun keçirib və 13 qol vurub.