Ramaldan Tolikə: "Mənimlə gündəmə gəlmək istəyir"

10 İyun 2019 16:26 (UTC+04:00)

Müğənni Ramal İsrafilov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, sənətçi özü ilə bağlı maraqlı açıqlama verib: "Xalq artisi Brilliant Dadaşova ilə Moskvada toyda idik, səhnəyə çıxmalıydı. Saç ustası da gəlməmişdi. Mən də onun saç-makiyaj etdim, bəyəndi".

Ramal prodüser Tarix Əliyevin (Tolik) onun haqda dediyi "Qardaşının çılpaq qızları çəkib yaydığı videoya görə, Ramalı toydan uzaqlaşdırdılar" sözlərinə münasibət bildirib: "Məndən nə istəyirsən? Xətrini çox istəyirəm. Amma lazımdır ki, ad çəksin? Gündəmə mənimlə gəlmək istəyir? Bütün günü gündəmdədir. Camaat onu sevir. Hərdən açıq, hərdən əyri danışır. Özüm olmasam da efirdə, tələbatlıyam".