"Təbriklərimi qəbul et, Türkiyə" ƏRDOĞAN

10 İyun 2019 09:39 (UTC+04:00)

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin futbol üzrə yığma komandasının Fransa üzərində qazandığı qələbə münasibəti ilə təbrik edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Tvitter akkauntunda “Təbriklərimi qəbul et, Türkiyə” yazıb.

Qeyd edək ki, Avro-2020 seçmə mərhələsi çərçivəsində keçirilən oyun “Konya Böyükşəhər” stadionunda keçirilib və Türkiyənin 2:0 qələbəsi ilə başa çatıb.