Nursultan Nazarbayev prezident seçkilərində səs verib
9 İyun 2019 10:01 (UTC+04:00)
Qazaxıstanda keçirilən prezident seçkilərində xalq şəxsiyyətlə bərabər gələcəyinə, taleyinə, ölkəsinə səs verir. SİA-nın məlumatına görə, bu sözləri Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev paytaxtda 58 saylı məntəqədə, Məktəblilər sarayında səs vermə zamanı bildirib.
Son nəticələrə görə Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində 12,8 faiz seçici səs verib.
Seçkilərdə 7 namizəd K.Tokayev, A.Taspixov, S.Tuqel, T.Raximbekov, J.Axmetbekov, A.Kosanov və ilk qadın namizəd D.Yespayeva iştirak edir.