Belçikanın dövlət büdcəsində vəziyyət gərginləşir

8 İyun 2019 17:44 (UTC+04:00)

Belçikanın milli bankı yaxın 3 ildə ölkə iqtisadiyyatında gözlənilən dəyişikliklərə dair öz proqnozunu açıqlayıb. SİA xarici mətbuata istinadla xəbər verir ki, proqnozda 2018-ci ildə Belçikadakı iqtisadi vəziyyət barədə qısa məlumat da göstərilir.

Xarici bazarlarda ümumi qeyri-müəyyənliyin davam etməsi fonunda Belçika iqtisadiyyatı ötən il Avrozonanın digər ölkələrinin iqtisadiyyatı ilə müqayisədə nisbətən sabit dayanıb.

Belçikanın milli bankı ölkə iqtisadiyyatının növbəti 3 il ərzində orta hesabla 1,2 faiz artacağını proqnozlaşdırır. Alıcılıq qabiliyyətinin yüksəlməsi sayəsində istehlak son illərə nisbətən daha güclü artacaq. Lakin büdcə kəsiri ilə bağlı vəziyyət pisləşəcək.

Ötən il iqtisadiyyat 1,4 faiz artıb, bu il isə artımın 1,2 faiz olacağı gözlənilir. Bank iqtisadiyyatın gələn il 1,1 faiz, 2021-ci ildə isə 1,2 faiz yüksələcəyini proqnozlaşdırır.

Belçikanın milli bankı istehlak artımının növbəti 3 il ərzində 3,5 faiz yüksələcəyini gözləyir. Əməkhaqqının yüksəlməsi səbəbindən əhalinin alıcılıq qabiliyyəti artacaq, sakinlər daha çox alış-veriş edəcəklər. İş yerlərinin sayında artım bir qədər azalacaq. İnflyasiya təqribən 2 faiz təşkil edəcək ki, bu da işçi qüvvəsinə xərclərin artması barədə proqnoza müvafiqdir.