Belçika milli komandasının futbolçusu Eden Azarın İspaniyanın “Real” klubuna keçidi rəsmiləşib.
SİA Madrid təmsilçisinin saytına istinadən xəbər verir ki, onunla 2024-cü ilin yayına qədər nəzərdə tutulan beş illik müqavilə imzalanıb. Yaxın günlərdə belçikalı tibbi müayinədən keçmək üçün Madridə gələcək.
Qeyd edək ki, futbolçunun “Çelsi”dən “Real”a keçidinin qiyməti rəsmən açıqlanmır. Lakin xarici kütləvi informasiya vasitələri bu rəqəmin 100 milyon avro olduğunu iddia edir.