ABŞ Türkiyəyə iki ay vaxt verdi

7 İyun 2019 23:44 (UTC+04:00)

Vaşinqton rəsmiləri Türkiyəyə Rusiya ilə imzaladığı S-400 razılaşmasını ləğv etməsi üçün iki ay vaxt verib.

SİA-nın “sözcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, ABŞ mətbuatında yer alan və Pentaqon qaynaqlarına əsaslanan xəbərlərə görə, ABŞ Türkiyəyə Rusiya ilə imzaladığı S-400 razılaşmasından imtina etməsi üçün 31 iyul tarixinə kimi möhlət verib.

ABŞ tərəfi bildirib ki, Türkiyə göstərilən tarixədək S-400 anlaşmasından imtina etməsə, ABŞ tərəfindən istənilən əks cavabla, o cümlədən F-35 proqramının ləğv edilməsi faktı ilə də üz-üzə qalacaq.