Çarukyan qaraları görmədiyini deyir

7 İyun 2019 17:22 (UTC+04:00)

“Mən ancaq ağları görürəm, qaraları görmürəm.” SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, bu sözləri Qaqik Çarukyan bu gün parlamentdə jurnalistlərin, “qara geyimli adamlar” görübmü, sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə hamı qanun qarşısında bərəbər olmalıdır.

Xatırladaq ki, baş nazir Nikol Pashinyan bir gün əvvəl hökumət yığıncağında deyib ki, müəyyən dairələrin “qara geyimli insanlar qrupu” yaradaraq şəhəri dolaşacağı, onlara lazım olan əhval ruhiyyə yaradacağı barədə onun məlumatı var. Erməni baş nazir hüquq mühafizə orqanlarına bu qrupları tapmaq, qara geyimlə əlaqədar onlarla məsələni həll etmək tapşırığı verib.