Azərbaycanın xarici işlər naziri Münhendə bir sıra görüşlər keçirib

7 Fevral 2011 00:05 (UTC+04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov Almaniyanın Münhen şəhərində keçirilən 47-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edir.

SİA-nın məlumatına görə, dünən Elmar Məmmədyrov konfrans çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Serbiyanın xarici işlər naziri Vuk Yeremiç, Avstraliyanın xarici işlər naziri Kevin Rudd, Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də daxil olmaqla ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Münhen Təhlükəsizlik Konfransı bu gün öz işini başa çatdırıb.