Nikol Paşinyan tərəfindən konstitusiya qaydalarının pozulmasından, məhkəmələrin qarşısının blokadaya alınmasından sonra "Mənim addımım" blokunda çox gərgin, narahat vəziyyət hökm sürür. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “İrates” qəzetində yazı dərç olunub.
Yazıda o da qeyd olunur ki, "Mənim addımım" blokundan bir çoxları bu aksiyalarda iştirak etməyiblər və onlara heç bir halda bu təşəbbüsə qatılmamaq və bu aksiyalarda iştirak etməmək barədə Soros ofisindən təlimatlar verilib. Hazırda hökm sürən narahatlığa və gərginliyə də səbəb elə budur.
Yeri gəlmişkən, "Mənim addımım" blokunun təmsilçiləri Koçaryanın qayıtması perspektivlərindən vəhşicəsinə qorxurlar və düşünürlər ki, əgər o dönərsə, hamısı üçün bir son olacaq.