“Liverpul” 80 milyonluq hücumçunu istəyir

7 İyun 2019 00:08 (UTC+04:00)

"Lill"in hücumçusu Nikolya Pepe karyerasını İngiltərədə davam etdirə bilər.

SİA “sports.ru” saytına istinadən xəbər verir ki, "Liverpul" kot-d`ivuarlı futbolçuya görə fransız klubuna 80 milyon avro ödəməyə hazırdır. 24 yaşlı forvardla İspaniya La Liqası klubları da maraqlıanır. Lakin onun "Dumanlı Albion"a gedə biləcəyi də istisna olunmur. Pepenin daim start heyətdə oynaya biləcəyi komandaya üstünlük verəcəyi bildirilir.

Qeyd edək ki, Pepe geridə qalan mövsümdə Fransa çempionatında 22 qol vurub.