Bakı şəhər BPİ Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Coşqun Nəsirovdan 3,387 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni ona satan Zabitə Əsgərova da yaxalanıb.
Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni Z.Əsgərovaya satan Arzu Əsgərova yaxalanmış və onun Parlament prospektindəki mənzilinə baxış keçirilərkən 325,783 qram narkotik vasitə olan heroin, elektron ölçü cihazı və digər vasitələr aşkarlanıb.