Zülfiyyə Xanbabayeva: "Üzüntümü, yorğunluğumu bir gülüşü ilə mənə unutduran..." FOTOLAR

4 İyun 2019 12:12 (UTC+04:00)

Heç vaxt şəxsi həyaı ilə gündəmə gəlməyən Xalq aristi Zülfiyyə Xanbabayeva qızı Dənizlə olan yeni fotolarını üzə çıxarıb. SİA-nın məlumatına görə, sənətçi qızı ilə olan səmimi şəkilləri "İnstagram" səhifəsində paylaşaraq övladının ünvanına xoş sözlər yazıb: "Həyat nədir?! Həyat mübarizədir. Arzular və məqsədlər, yaşamaq və yaratmaq, özündən sonra davam edəcək həyat üçün var olmaq... Övlad sahibi olmaq, onu sevmək, arzuları üçün yaşamaq və mübarizə aparmaq, həyat budur.

Hər üzüntümü, yorğunluğumu bir gülüşü ilə mənə unutduran balam!"