"Yuventus" "Tottenhem"in futbolçusu ilə maraqlanır

4 İyun 2019 09:27 (UTC+04:00)

"Yuventus" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Turin klubu "Tottenhem"in futbolçusu Kiran Trippierlə maraqlanır. A Seriyası təmsilçisi bu yay komandadan ayrılacağı gözlənilən Joau Konselonun yerini 28 yaşlı müdafiəçi ilə doldurmağı planlaşdırır.

Qeyd edək ki, "Tottenhem"in Trippieri 35 milyon avroya satmaq istədiyi iddia olunur.