Neftin qiyməti aşağı düşüb
5 Fevral 2011 19:27 (UTC+04:00)
Neftin qiyməti Misirdə baş verən hadisələrlə əlaqədar olaraq dəyişməkdə davam edir. Bu dəyişikliyin yaxın gələcəkdədə davam edəcəyi gözlənilir. SİA-nın məlumatına görə, London brjasında Brent Crude Oil markalı neftin ixracına dair mart fyuçerslərinin qiyməti 1.93 dollar aşağı düşərək bir barelə görə 99.83 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında Amerikanın yüngül nefti olan Light Sweet Crude Oil markalı neftin ixracına dair mart fyuçerslərinin qiyməti 1.51 dollar aşağı düşərək bir barelə görə 89.03 dollar olub.
Qeyd edək ki, Misirdə etiraz aksiyası ötən ayın 25-dən başlayıb. İlk növbədə polis əməkdaşları ilə başlanan qarşıdurma daha sonra rejim tərəfdarları arasında davam edib. iğtişalar zamanı 5 minə yaxın insan zərərçəkib.