Sabiq prezidentə yeni vəzifə verildi

3 İyun 2019 17:10 (UTC+04:00)

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Donbas üzrə üçtərəfli qrupun Ukrayna üzrə nümayəndəsi təyin edilib. SİA Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə qərarı yeni prezident Vladimir Zelenski verib.

Zelenski kontakt qrupunun ilk üçtərəfli görüşünün iyunun 5-də Kiyevdə baş tutacağını açıqlayıb.

Kuçma 2018-ci ilin oktyabr ayına qədər də kontakt qrupunun üzvü idi.