İnqilab Məmmədov Avropa Oyunlarına təyinat alıb

3 İyun 2019 11:07 (UTC+04:00)

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına təyinat alıb.

​SİA-nın məlumatına görə, Minsk-2019 II Avropa Oyunlarında digər idman növləri ilə yanaşı, çimərlik futbolu üzrə də qarşılaşmalar keçiriləcək.