Xarkovda millətçilər sovet marşalı Jukovun heykəlini aşırıblar

3 İyun 2019 04:26 (UTC+04:00)

Ukraynanın Xarkov şəhərində millətçilər etiraz aksiyası zamanı sovet marşalı Georgi Jukovun heykəlini aşırıblar.

SİA Ukrayna kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, etiraz aksiyasında iştirak edənlər yenidən prospektlərin birinə Jukovun adının verilməsinin əleyhinə çıxışlar ediblər.

Onlar bildiriblər ki, bu, Ukraynada qəbul edilən dekommunizm haqqında qanunun tələblərinə ziddir. Etiraz aksiyası zamanı polislə toqquşma qeydə alınıb, xəsarət alanlar var.

Qeyd edək ki, bir müddət öncə Xarkov meri əvvəlki illərdə olduğu kimi həmin prospektə marşal Georgi Jukovun adının qaytarılacağını açıqlamışdı.