Avropa kuboklarının 2018-2019-cu illər mövsümü başa çatdı. Bu mövsümü Azərbaycan üçün əhəmiyyətli edən amillərdən ən vacibi UEFA Avropa Liqasının final görüşnün Bakıda keçirilməsi oldu. Avropanın bəzi dairələrində finalın keçirilməsi hüququnun paytaxtımıza verilməsi qısqanclıqdan doğan narazılıqlar yaratsa da dövlətimiz, onun rəhbərliyi, aidiyyətli qurumlar üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldilər və obrazlı formada desək, Bakı finalı Avropa Liqası turniri tarixinə öz möhürünü vurdu.
Bu gün isə Madridin “Vanda Metropolitano” stadionunda UEFA Çempionlar Liqasının final görüşü keçirildi. Finalın təşkilati məsələləri ilə əlaqədar xeyli problemlər özün açıq formada göstərdi. Bu problemlər istər azarkeşlərin təhlükəsizliyi və rahatlığı, istər saxta bilet məsələsində, istərsə də nəqliyyat sahəsində çılpaqlığı ilə göründü. Bugünkü final bəzi təşkilati məsələlər baxımından üç sutka əvvəl keçirilmiş Avroliqanın Bakı finalını yenidən yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzinə gətirib.
SİA-nın məlumatına görə, “SƏS” qəzetinin baş redaktoru, siyasi analitik Bəhruz Quliyev də Bakı və Madrid finallarının təşkili ilə bağlı bəzi reallıqlara münasibətini bildirib:
“Madrid finalı ilə Bakıda bir neçə gün əvvəl keçirilmiş UEFA Avropa Liqasının final oyununu bütün parametrlərə görə müqayisə etsək, ölkəmizdə bu yarışa nə qədər böyük əmək sərf olunduğunu görərik. Azərbaycanda yüksək dəqiqliklə təşkilatçılıq, təhlükəsizlik, hotelllər, nəqliyyat xidmətləri, könüllülərin mədəni davranışı, ən əsası, xalqın qonaqpərvərliyi, ictimaiyyətdə olan futbol əhval ruhiyyəsi və s. hər bir xarici turistin dərhal vurğuladığı məqam və özü ilə ölkəsinə apardığı ölkəmizləbağlı təəssüratlar idi.
Amma İspaniyada saxta bilet satışından tutmuş stadionun girişinə qədər olan nöqsanlar, azarkeşlərin şəhərdə toqquşmaları, texniki problemlər, aşağı səviyyəli təşkilatçılıq və s. isə Madrid finalının görüntüsü idi.
Amma bunu görmək əvəzinə ölkəmizə qarşı qarayaxma, qərəz, anti-təbliğat nə deməkdir? Bunun bir adı var: gözügötürməmək, inkafımızdan narahatlıq keçirmək və ikili standartlar...
Məncə dünya Azərbaycan reallığını qəbul etməyə artıq məcburdur...yeni müasir standart və modelləri bəziləri bizdən öyrənməlidir”.